19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

“S&P”: Türkiyədə istehsal böhrandan əvvəlki səviyyə qayıdıb

Screen Shot 2021 09 02 at 14.34.20

Dünyanın əsas inkişafda olan 16 ölkəsi arasında yalnız Türkiyə, Çinvə Hindistanda ÜDM istehsalı artıq COVID-19 pandemiyasından əvvəlki səviyyə qayıdıb.

Türkiyənin bu göstəricilərə ötən ilin sonuncu rübündə qayıtmasına baxmayaraq, ölkənin xarici maliyyə mövqeyi əhəmiyyətli dərəcədə pisləşib və bu digər inkişafda olan ölkələrlə müqayisədə daha gözəçarpandır. Bura həm də Braziliya daxildir, belə ki, ölkənin xarici sektorunun statistikası zəifləyib.”S&P”in araşdırmasında qeyd edilir ki, sözügedən 16 ölkə arasında ÜDM istehsalı baxımından bu il pandemiyadan əvvəlki vəziyyətə çatacağı ölkələr İndoneziya (II rüb), Rusiya (III rüb), Polşa (III rüb), Malayziya (IV rüb) vəTailand olacaq (IV rüb). Bərpanın daha uzun çəkəcəyi və hətta 2023-cü ilə qədər uzanacağı ölkələr arasında isə Braziliya (2022-ci il, I rüb), Kolumbiya (2022-ci il, II rüb), Çili (2022-ci il, II rüb), Filippin (2022-ci il, II rüb), Meksika (2022-ci il IV rüb), Cənubi Afrika (2023-cü il, III rüb) və Argentina (2023-cü il, III rüb) göstərilir.

 

“S&P” əlavə edir ki, ölkələrin ÜDM istehsalının bərpasına baxmayaraq, dövlət borcunun ÜDM-dəki payı 2020-ci il ərzində 44%-dən 53%-ə qədər yüksəlib və proqnozlara görə 2021-ci ili yekunlarına əsasən 56%-ə qədər artacaq. “S&P”ə görə, Türkiyə hökuməti hazırladığı iri stimullaşdırıcı paketlər və tədbirlər sayəsində istehsalın tez bərpasına nail oldu, lakin bu, xarici sektorun statistikasının əhəmiyyətli pisləşməsi hesabına baş verdi.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Apa
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər