“S&P Global Ratings” (S&P) Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 5 maliyyə institutunun uzunmüddətli kredit reytinqini aşağı salıb. Reytinqlər üzrə proqnoz neqativdir.
“Report”un verdiyi məlumata görə, bu barədə agentliyin yaydığı xəbərdə deyilir.
Kredit reytinqi endirilən banklar bunlardır: “Turkiye Is Bankasi” AS (Isbank), “Garanti Finansal Kiralama” A.S. (Garanti Leasing), “Yapi ve Kredi Bankasi” A.S. (YapiKredi), “Turkiye Garanti Bankasi” A.S. (Garanti) və “Turkiye Vakiflar Bankasi” TAO (VakifBank).
Onların reytinqi “BB+” səviyyəsindən “BB”-yə endirilib.