10 C
Baku
Wednesday, December 11, 2024

“S&P” Türkiyənin reytinqi üzrə proqnozunu pisləşdirib

“S&P Global Ratings” reytinq agentliyi Türkiyənin xarici və yerli valyutada sorğulanmamış uzunmüddətli suveren kredit reytinqini “B+” və “BB-” səviyyələrində təsdiqləyib.

Reytinq üzrə proqnoz “stabil”dən “mənfi”yə endirilib. Proqnozun endirilməsi lirənin volatilliyi və artan inflyasiya təzyiqlərindən yaranan və növbəti ildə yaranacaq risklərlə əsaslandırılır.”S&P” bildirir ki, hazırda müşahidə olunan yumşaq monetar siyasət və lirənin əhəmiyyətli dərəcədə dəyər itirməsi inflyasiya təzyiqlərini daha da artıracaq və nəticədə istehlak qiymətlərinin illik artımı 2022-ci ilin əvvəlində 25-30% təşkil edə bilər. Bundan əlavə, agentlik Türkiyənin xalis dövlət borcunun ÜDM-də payı üzrə gözləntilərini bir qədər də pisləşdirərək əvvəl vəd olunan 34%-dən 42%-dək yüksəldib.

Agentlik qeyd edir ki, bu il Türkiyə iqtisadiyyatı 9,8%, 2022-ci ildə 3,7%, 2023-cü ildə isə 3,1% artacaq.

Xatırladaq ki, noyabrda Türkiyədə inflyasiya 21,3%, lirənin dollar qarşı məzənnəsi isə ötən gün 16:09-da 1 dollar/13,81 lirə səviyəsinə qədər enmişdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər