12 C
Baku
Saturday, November 23, 2024

“S&P” Türkiyənin reytinqini “B”dən “B+” səviyyəsinə yüksəldib

“S&P Global Ratings” Türkiyənin uzunmüddətli xarici və yerli valyutada reytinqini “B”dən “B+” səviyyəsinə yüksəldib. Reytinq proqnozu “müsbətdir”, “S&P” press-relizində bildirib.

“Biz gözləyirik ki, ölkədə keçirilən bələdiyyə seçkilərindən sonra Türkiyə hakimiyyəti pul siyasətini sərtləşdirmək və tədricən fiskal konsolidasiya yolu ilə inflyasiya ilə mübarizəni davam etdirəcək”, – agentliyin ekspertləri qeyd edirlər.

“S&P” inflyasiyanın azaldılması və iqtisadiyyatın dollarlaşmasının yavaşlaması ilə yanaşı, qarşıdakı iki il ərzində Türkiyənin cari hesab kəsirinin daralacağını proqnozlaşdırır. Bununla yanaşı, agentlik analitikləri ölkədə inflyasiya səviyyəsinin 2028-ci ilin əvvəlinə qədər ikirəqəmli səviyyədə qalacağını düşünürlər.

“S&P” bildirib ki, Türkiyə Mərkəzi Bankı uçot faiz dərəcəsini 2024-cü ilin sonuna qədər hazırkı 50% səviyyəsində saxlayacaq.

“Ölkənin tədiyyə balansı yaxşılaşmağa davam edərsə, inflyasiya yavaşlarsa və türk lirəsi ilə daxili əmanətlər artarsa, Türkiyənin reytinqini yenidən yüksəldə bilərik”, – agentliyin yaydığı press-relizdə deyilir.

Ölkənin maliyyə sabitliyinə və ya hökumət büdcəsinə təzyiq artarsa, məsələn, lirənin zəifləməsini dayandırmaq mümkün olmadıqda və ya hakimiyyət inflyasiyanın qarşısını almaq üçün tədbirlərdən imtina etikdə, “S&P” Türkiyənin reytinq proqnozunu “stabil”ə dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər