10 C
Baku
Saturday, November 23, 2024

S&P Ukrayna və Rusiyanın kredit reytinqini azaldıb

“Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq agentliyi Rusiyanın xarici valyutada uzunmüddətli kredit reytinqini “BBB-“dən “BB+”, yerli valyutada isə “BBB”dən “BBB-“yə endirib.

Bu barədə S&P məlumat yayıb.

Bildirilir ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin, ölkənin bank sistemi də daxil olmaqla güclü beynəlxalq sanksiyalara məruz qalmasına səbəb olub:

“Sanksiyalar, iqtisadi və xarici ticarət fəaliyyətlərinə, rezidentlərin inamına və maliyyə sabitliyinə əhəmiyyətli dərəcədə birbaşa və ikinci dərəcəli təsirlər göstərə bilər. Geosiyasi gərginliyin özəl sektorun inamını aşağı salaraq iqtisadi artıma təzyiq göstərməsi gözlənilir”.

Bundan başqa, S&P Ukraynanın xarici və yerli valyutalarda uzunmüddətli kredit reytinqini “B”dən “B-“yə endirib:

“Baş verən hadisələr Ukraynanın iqtisadi artımı, maliyyə sabitliyi, xarici mövqeyi və dövlət maliyyəsi üçün risk yaradır”.

Qeyd edək ki, “Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi də Ukraynanın uzunmüddətli xarici valyutada emitentin defolt reytinqini “B”-dən “CCC”yə endirib.

Son xəbərlər
Digər xəbərlər