9 C
Baku
Friday, December 13, 2024

“SpaceX” 14 yaşlı tərtibatçını işə götürüb

İlon Maskın “SpaceX” şirkəti 14 yaşlı Kayren Qvazini işə götürüb. Yeniyetmə bu yaxınlarda Kaliforniyadakı Santa-Klara Universitetini bitirib. Kayren Qvazi 1851-ci ildə əsası qoyulan universitetin ən gənc məzunu olub.

Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

O, “SpaceX”də peyk internet sistemi üçün proqram təminatının inkişaf etdirilməsi qrupunda çalışacaq. Qəzet qeyd edir ki, bundan əvvəl yeniyetmə artıq AI tədqiqatları ilə məşğul olduğu “Intel”də təcrübə keçib.

“The Seattle Times” qəzetinin yazdığına görə, Kayren Qvazi iki yaşında danışmağa başlayıb və doqquz yaşında məktəb proqramından irəlidə olduğunu anlayıb. O, universitetə 11 yaşında qəbul olub.

Son xəbərlər
Digər xəbərlər