10 C
Baku
Thursday, December 12, 2024

“SpaceX” $210 mlrd. dəyərində qiymətləndirilib – “Bloomberg”

“Bloomberg” mənbələrə istinadən xəbər verir ki, “SpaceX” investorlara tender təklifi çərçivəsində səhmlərini 112 dollar qiymətinə satacaq, İlon Maskın şirkətinin dəyəri 210 milyard dollara yaxınlaşır.

2023-cü ilin dekabrında “SpaceX” 175 milyard dollar dəyərində qiymətləndirilirdi, o zaman şirkət investorlara səhmlərini təxminən 95 dollar qiymətinə satmağı planlaşdırırdı.

“Bloomberg”in həmsöhbətləri dünyanın ikinci ən qiymətli startapı olan “SpaceX”in tender təklifinin səbəbini “əhəmiyyətli investor tələbi” adlandırıblar. Agentlik qeyd edir ki, şirkətin 210 milyard dollar dəyərində qiymətləndirilməsi Amerika şirkəti üçün rekord göstəricidir, lakin “ByteDance Ltd”in (“TikTok”un sahibi) dəyərindən (268 milyard dollar) aşağıdır. Bununla belə, bazar kapitallaşması baxımından “SpaceX” artıq dünyanın bir sıra ən böyük şirkətlərini geridə qoyub.

“SpaceX” 2002-ci ildə yaradılıb. Şirkət kosmosa buraxılışları “Falcon” daşıyıcı aparatından istifadə etməklə həyata keçirir və dünyanın ən böyük peyk operatorudur. Onun müharibə zonaları, təbii fəlakətlər və planetin ucqar əraziləri də daxil olmaqla, yüksək sürətli internet bağlantısı təmin edə bilən 5 mindən çox “Starlink” peyki var.

“Forbes” Maskın sərvətini 213.1 milyard dollar, “Bloomberg” isə 206 milyard dollar olaraq qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər