“SpaceX” 2026-cı ilin ortalarında və ya sonunda ilkin ictimai təklif (IPO) keçirməyi planlaşdırır və bunun “30 milyard dollardan xeyli çox” vəsait cəlb etməsinə imkan verəcəyini gözləyir. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib.
IPO-nun keçirilmə müddəti bazar şəraitindən və digər amillərdən asılı olaraq dəyişdirilə bilər. Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, təklif 2027-ci ilə də keçirilə bilər.
Şirkət öz bazar dəyərinin təxminən 1,5 trilyon dollara çatdırılmasını hədəfləyir. Bu göstərici “SpaceX”i 2019-cu ildə rekord listinq zamanı 29 milyard dollar cəlb edən “Saudi Aramco”nun bazar dəyərinə yaxınlaşdıracaq.
2 oktyabrda “Forbes” xəbər vermişdi ki, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask tarixdə sərvəti 500 milyard dollara çatan ilk insan olub.







