16 C
Baku
Monday, October 21, 2024

“SpaceX” 733.5 mln. dollarlıq tenderin qalibi olub

“Space Systems Command” (SSC) “milli təhlükəsizlik maraqları naminə” keçirilən proqram çərçivəsində raketlərin buraxılması üçün tenderin nəticələrini açıqlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, “SpaceX”dən başqa “United Launch Alliance” da tenderdə iştirak edib. İlon Maskın şirkəti hər iki tenderin qalibi olub  onların ümumi dəyəri 733.5 milyon dollar təşkil edir. Bütün raket buraxılışları 2025-ci ilin sonundan başlayaraq Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından planlaşdırılır.

2029-cu ilə qədər Komandanlıq daha bir neçə tender elan etmək və ən azı 30 missiya üçün kompakt təyyarələrin və orta ağırlıqlı raketlərin buraxılması üçün xidmət təminatçıları ilə müqavilələr bağlamaq niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər