13 C
Baku
Friday, November 22, 2024

“SpaceX” daha 51 ədəd “Starlink” internet peykini orbitə çıxaracaq

Fevralın 27-də “Falcon 9” daşıyıcı raketi “Starlink” sisteminin qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan daha 51 ədəd mini peyk ilə birgə orbitə doğru start götürəcək.

“Falcon 9” ABŞ-ın Sakit Okean sahilləri vaxtı ilə saat 11:31-də (Bakı vaxtı ilə saat 23:31) Birləşmiş Ştatların Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq bazasından start götürəcək.

Bu, 2019-cu ilin may ayından bəri “Starlink” layihəsi çərçivəsində orbitə çıxarılan mini peyklərdən ibarət 75-ci partiya olacaq. “SpaceX” kompaniyası indiyədək orbitə 4 minə yaxın mini internet peyki çıxarıb. Onlardan bəzisi sıradan çıxıb və ya orbitdən ayrılıb. Hazırda işlək vəziyyətdə olan 3,7 mindən çox aparat fəaliyyətini davam etdirir.

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. “Starlink” peyk şəbəkəsi bu gün dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır.

Son xəbərlər
Digər xəbərlər