8 C
Baku
Monday, January 13, 2025

“SpaceX” dünyanın ən bahalı özəl startapı olub

İlon Maskın “SpaceX” şirkəti dünyanın ən bahalı özəl startapı olub, “Financial Times” yazır. Raket və peyk istehsalçısının təxmin edilən bazar dəyəri şirkətin səhmlərinin qiyməti 65% artdığı üçün 350 milyard dollara yüksəlib.

“SpaceX” və milyarderin təşəbbüsünə artan maraq göstərən investorlar şirkətin 1.25 milyard dollar dəyərində səhmlərini alacaqlar. Bir neçə ay əvvəl startapın səhmləri 112 dollara satılıb və onun dəyəri 210 milyard dollar olaraq qiymətləndirilib.

Qeyd edək ki, indi “SpaceX” bazar dəyərinə görə “TikTok”a sahib olan “ByteDance” şirkətini keçib. “SpaceX” özü təxminən 500 milyon dollar dəyərində səhm alacaq, qalan hissə isə dünyanın ən zəngin sahibkarı Maskın genişlənən biznes maraqlarını dəstəkləməyə tələsən kənar investorlardan gələcək.

Mask ABŞ prezidentliyi yarışı zamanı Trampın Ağ Evə qayıtmasına kömək etmək üçün ən azı 260 milyon dollar xərcləyib. Xatırladaq ki, Tramp noyabrın 5-də keçirilən seçkilərdə qalib gəlib. Onun andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər