21 C
Baku
Tuesday, May 21, 2024

“SpaceX” Gürcüstanı “Starlink” peyk interneti ilə təmin etməyi planlaşdırır

“SpaceX” şirkəti Gürcüstanı “Starlink” peyk interneti ilə təmin etməyi planlaşdırır.

Bu məsələ şirkət nümayəndələri və Gürcüstanın Kommunikasiyaların Tənzimlənməsi üzrə Milli Komissiyanın üzvü Ekaterina İmedadze arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər Gürcüstanda telekommunikasiya sahəsinin hazırkı vəziyyəti və gələcəyi, həmçinin rəqəmsal iqtisadiyyatın inkişaf perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.

İnternetə çıxış üçün qlobal peyk sistemi olan “Starlink” ilk dəfə olaraq Ukraynada müharibə başlayandan aktivləşdirilib. Bu ölkədə “Starlink”in gündəlik aktiv istifadəçilərinin sayı təxminən 150 min nəfər təşkil edir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər