16 C
Baku
Friday, November 22, 2024

“SpaceX” kosmosa uçuşlar üçün bilet satışına başlayıb

“SpaceX” kosmosa uçuşlar üçün bilet satışına başlayıb. Bu barədə amerikalı milyarder İlon Maskın şirkətinin saytında deyilir.

Beləliklə, potensial turistlər Aya, Marsa, Beynəlxalq Kosmik Stansiyaya (BKS) və Yer orbitinə gedə biləcəklər. Missiyalar “Dragon” və “Starship” gəmiləri ilə həyata keçiriləcək.

Uçuş vaxtları hələki yalnız iki istiqamət üçün məlumdur. 2024-cü ilin sonunda Yer orbitinə, 2025-ci ildə isə BKS-ə çıxmaq mümkün olacaq. Səyahətçilər skafandr, sensor əlcəklər və dəbilqə alacaqlar.

Beynəlxalq Kosmik Stansiyaya (BKS) “tur” on günə qədər davam edəcək və dörd sərnişin üçün nəzərdə tutulacaq.

Uçuş xərcləri göstərilmir. “Reddit” və “X” istifadəçiləri bu haqda belə zarafat edirlər: “Əgər qiymətə ehtiyacınız varsa, missiyaya pulunuz çatmayacaq”. “Bloomberg”ə görə, daha əvvəl “SpaceX” ilə uçmuş turistlər hər biri 55 milyon dollar ödəyiblər.

2020-ci ilin noyabrında “SpaceX” dörd astronavtdan ibarət ekipajla BKS-ə ilk müntəzəm “Crew Dragon” missiyasını göndərib. 2021-ci ilin sentyabrında mülki ekipaj kosmosa buraxılıb.

2022-ci ilin aprelində şirkət ilk dəfə turistləri BKS-ə aparıb.

Son xəbərlər
Digər xəbərlər