26 C
Baku
Saturday, July 27, 2024

“SpaceX” orbitə hərbi peyk göndərdi

İyulun 21-i ABŞ-ın şərq sahilindəki kosmodromdan orbitə “SpaceX”in Falcon 9 raket daşıyıcısı və Cənubi Koreyanın Anasis II adlı hərbi peyki göndərilib. Qeyd edək ki, bu cihaz haqqında heç bir məlumat verilmir.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Peyk artıq elliptik orbitə buraxılıb və gələcəkdə özünün hərəkət sistemindən istifadə edərək 36 kilometr hündürlükdə dairəvi geostasionar orbitə çıxmalıdır.

Xatırladaq ki, bu ilin may ayının sonunda “SpaceX” astronavt Daqlas Hörli və Robert Benken ilə birlikdə orbitə Crew Dragon gəmisini göndərmişdi.

Son xəbərlər
Digər xəbərlər