2 C
Baku
Sunday, February 25, 2024

“SpaceX” şirkəti “Starlink” İnternet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

“Falcon 9” daşıyıcı raket cümə günü “Starlink” qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 52 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Bu barədə “SpaceX” şirkətindən məlumat verilib.

Məlumata əsasən, buraxılışın Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzinin 40A start kompleksindən ABŞ Şərq sahilləri vaxtı ilə saat 11:33-də baş tutacağı gözlənilir.

Orbitə buraxıldıqdan təxminən bir saat sonra raket bütün apparatları orbitə çıxarmalıdır.

Son xəbərlər
Digər xəbərlər