11 C
Baku
Wednesday, November 13, 2024

SpaceX şirkəti 250 milyon dollar investisiya əldə etməyi planlaşdırır

CNBC saytı SpaceX şirkətinin 250 milyon dollar investisiya əldə etmək planından xəbər verib. Məlumata əsasən sözügedən investisiya şirkətin hal hazırki investorlarının paylarının alınması formatında baş tutacaq. Bunun olacağı halında şirkətin bir səhmi 220$ qiymətində alınacaq. Şirkətə investisiya yatıracaq yeni investorun adı bilinmir. Qeyd etmək lazımdır ki, daha öncədən SpaceX-ə Founders Fund, Google, Valor Equity Partners şirkətləri və Ontario Teachers Pension Plan adlı pensiya fondu investisiya yatırmışdılar.

Ümumilikdə SpaceX şirkəti 2019-cu il üzrə 1.3 milyard dollar investisiya əldə etmişdi. Əgər yeni investiisya raundu baş tutsa, şirkətin bazar dəyəri 33.3 milyard dollardan 36 milyard dollara yüksələcək. Məlumata əsasən SpaceX yeni investisiya raundunu mart ayının ikinci həftəsindən tez bağlamayacaq. CNBC onu da qeyd edib ki, yeni investisiya raundunun şərtləri dəyişə də bilər. Qeyd etmək lazımdır ki, hal hazırda SpaceX şirkəti 3 böyük layihə üzərində çalışır:

– Crew Dragon: Bu, NASA-nın, astronavtları BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərəcəyi kosmik gəmidir

– Starlink: Peyklər vasitəsilə yüksək sürətli qlobal internet şəbəkəsinin yaradılması. Şirkət artıq Yer kürəsinin orbitində 300 ədəd peyki yerləşdirib. Plana əsasən isə Yer kürəsinin orbitində 1200 ədəd peyk yerləşməlidir

– Starship: 100-ə yaxın sərnişini Marsa və Aya çatdırmaq potensialına sahib çoxmərhələli raket.

©Technote

Son xəbərlər
Digər xəbərlər