3 C
Baku
Saturday, December 14, 2024

“SpaceX”in bazar dəyəri 140 milyard dollara çatıb

“SpaceX” özəl investorlara öz səhmlərini biri 77 dollara almağı təklif edib. Buna əsasən, “SpaceX”in dəyəri 140 milyard dollara çatıb. Mənbələrə görə, şirkət tender təklifindən əvvəl səhmlərin dəyərini müzakirə edib.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

2022-ci ilin mayında “SpaceX” öz səhmlərini təkrar bazarda 125 milyard dollar dəyərində satıb. “CB Insights”a görə, 2022-ci ilin iyul ayında şirkət 127 milyard dollar dəyərində qiymətləndirilib.

Qeyd edək ki, 140 milyard dollar qiymətləndirmə ilə “SpaceX” ABŞ-ın ən bahalı özəl şirkəti olaraq qalmağa davam edir. Dünyanın ən bahalı özəl şirkəti “ByteDance” (300 milyard dollar), üçüncü ən bahalı özəl şirkəti isə “Stripe” (95 milyard dollar) sayılır.

Son xəbərlər
Digər xəbərlər