“SpaceX”in kapitallaşması IPO-dan iki gün sonra 2,5 trilyon dolları ötüb

Amerikanın “Nasdaq” birjasında ticarət olunan “SpaceX” şirkətinin səhmləri iyunun 12-də keçirilən IPO-dan sonra 23,7% bahalaşaraq iyunun 16-na keçən gecə bir səhm üçün 199,15 dollara çatıb. Birja məlumatlarına görə, şirkətin bazar kapitallaşması ticarətin ikinci günündə 2,5 trilyon dolları ötüb.

Milyarder İlon Mask tərəfindən yaradılan şirkətin ilkin kütləvi səhmləşdirilməsi (IPO) tarixdə ən böyük IPO olub. “SpaceX” birjaya 1,75 trilyon dollar dəyərləndirmə ilə çıxıb. İlkin yerləşdirmə zamanı bir səhmin qiyməti 135 dollar təşkil edib.

Anderrayterlərin əlavə 83,3 milyon səhm almaq opsionundan istifadə etməsindən sonra şirkətin cəlb etdiyi vəsait 75 milyard dollardan 85,7 milyard dollara yüksəlib.

Ticarətin ilk günündə “SpaceX” səhmləri 19% bahalaşaraq sessiyanı bir səhm üçün 160,95 dollar səviyyəsində başa vurub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər