13 C
Baku
Monday, May 20, 2024

Sparta haqqında ən məşhur əfsanələr

Bir çoxları Sparta haqqında az-çox məlumata sahibdirlər. Bu Yunanıstanın ən əzəmətli hərbi gücü idi. Sparta dedikdə bir çoxlarının təsəvvüründə insanları qayanın başından ataraq edam edilməsi səhnəsi canlanır. Spartada belə bir qanun hökm sürürdü: uşaq dünyaya gəldikdən sonra hakimiyyət nümayəndələri onun gələcəkdə sağlam  və yaxud millətə layiq olub-olmayacağını “təyin edirdilər”. Əgər həmin nümayəndələrin verdikləri cavab mənfi xarakter daşıyardısa onu Tayget adlı dağa aparar və oradan uçuruma atardılar. Qeyd etmək lazımdır ki, bu edam növü tək Spartada deyil, Fessaliya, Afina, Delf, Korinfdə və  digər dövlət-şəhərlərdə hakim idi. 

Keadas da Spartada tüklər ürpədən bir yer idi. 600 metr dərinliyə sahib bu uçurumdan atılan şəxslər sırasında satqınlar və cinayətkarlar, sağlam olmayan uşaqlar, şikəstlər və xəstə insanlar var idi.

Spartalı oğlanların həyatı elə də asan deyildi. Onlar Artemida qurbangahının önündə bütün günü qaçmılanırdılar. Bu bir çox ölümlərin səbəbi idi. Çünki heç də hər kəs ağrılara dözə bilmirdi. Lakin güclü oğlanlar üçün bu bir növ sağ qalmaq üçün rəqabət idi. Qalibi şöhrət və məşhurluq gözləyirdi.

1904-cü ildə Sparta ərazisində arxeoloji araşdırmalar aparılır. Alimlər yeni doğulmuş uşaqların qeyri-insani şəkildə edam edilməsinin səbəbini izah edən bir neçə artefakt aşkar etmişlər. Belə ki, onlar sağlam millət üçün artıq yük idilər. Buradan tapılmış qalıqlardan belə məlum olur ki, uçurumdan atılaraq edam edilənlər sırasında nəinki yeni doğulmuş körpələr, həmçinin yuxarda qeyd etdiyimiz səbəblərdən böyük şəxslər də olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər