16 C
Baku
Friday, April 26, 2024

“Spartak” Ayazı cərimələdi, indi o pulu xeyriyyə fonduna köçürür

Rusiyanın “Spartak” komandası əslən azərbaycanlı futbolçusu Ayaz Quliyevin ödədiyi cəriməni xeyriyyə fonduna köçürüb.

“Sport Express”ə istinadən, bu barədə Rusiya Futbol İttifaqının ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Sergey Alekseyev məlumat verib. O, bildirib ki, bu fonddan olan uşaqlar Premyer Liqanın XXIV turunda Moskvada “Spartak” – “Yenisey” matçında oyunçularla birlikdə meydana çıxıblar.

Qeyd edək ki, “Spartak” – “Yenisey” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayaz Quliyev 83-cü dəqiqədə komandasının 2-ci qolunu vurub. 23 yaşlı yarımmüdafiəçi aprelin 10-da ABŞ vətəndaşı Maykl Kou Con Eli ilə münaqişə edib və onun burnunu qırıb. Nəticədə Moskva təmsilçisi Quliyevi 5 milyon rubl məbləğində cərimələyib.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər