Paykart

    0

    Borcalana dair tələblər

    Yaş : kişilər üzrə – 21 – 70, qadınlar üzrə 21-67


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    Rəsmi gəlir  : 350 (gross);

    Son iş yerində staj : 6 ay

    Məhsul şərtləri

    Kredit xəttinin məbləği : 300 – 5 000 AZN

    Kredit xəttinin müddəti : 60 ay

    İllik faiz dərəcəsi : 30 %

    Nağdlaşdırma imkanı:  aylıq mövcud limitin 30%-ni nağdlaşdırmaq mümkündür.

    Faizsiz taksit  imkanı: Partnyor şəbəkəsi çərçivəsində 12 ayadək (3,6,9,12 ay olmaqla) faizsiz taksitləndirmə mümkündür.

    “Grace period” imkanı : Yoxdur.

    “Cash – back” (bonus) imkanı: Paykart vasitəsilə partnyor şirkətlərin şəbəkəsində nağdsız şəkildə alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 25%-dək Sizə bonus şəklində“Pay” verilir. Bu “Pay”lar Sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər (nağd şəkildə çıxarıla bilməz).

    Komissiyalar : 

    • kartın sifariş olunmasına görə – Pulsuz.
    • ATM (banka məxsus) nağdlaşdırma komissiyası  – 2%

    Təminat : 500 AZN-dək məbləğlər zaminsiz təqdim olunur. Məbləğ 501 – 3000 AZN olduqda isə rəsmi iş yeri olan 1 şəxsin zaminliyi tələb olunur.

    DTİ tələbi

    Borcalanın ayliq borc yükünün onun gəlirlərinə nisbəti (DTİ əmsalı) hesablanmalıdır. DTİ əmsalı qeyd olunan düsturla hesablanır.Burada,

    • D – borcalanın borc yükü
    • PMT – yeni kredit üzrə aylıq ödəniş
    • İ – borcalanın vergidən sonra xalis gəliri

    DTİ əmsalı borcalanın gəlirləri yaşayış minimumu (155 manat) göstəricisinin 3 mislindən aşağı olduqda 40% – dən, yuxarı olduqda isə 50% – dən artıq ola bilməz.