6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“SpeedTest” : Azərbaycan internet sürətinə görə 111-ci yerdədir

Bu ilin avqust ayına Genişzolaqlı İnternet sürətinə görə Azərbaycan (22,29 Mbps) reytinqdə 3 pillə irəliləyərək 174 dövlət arasında 111-ci yerdə qərarlaşıb.

“Ookla” şirkətinə məxsus olan ən böyük İnternet sürətini müəyyənləşdirən saytlarından biri olan “SpeedTest” saytına istinadən xəbər verir ki, mobil internetdə isə Azərbaycan 4 pillə irəliləyərək (32,99 Mbps) 61-ci yerdə qərarlaşıb.

Məlumata görə, ilk üçlükdə Sinqapur (218,07 Mbps), Honq-Konq (205,69 Mbps) və Rumıniya (175,39 Mbps), siyahının son pillələrində isə Türkmənistan (3,56 Mbps), Əlcəzair (3,92 Mbps) və Yemən (4,35 Mbps) qərarlaşıb.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər