27 C
Baku
Wednesday, September 28, 2022

Spekulyasiya nədir?

Spekulyasiya (latınca speculatio — iz ilə gedib tapma, izinə düşmə, baxıb tapmaq) aşağıdakı mənaları ifadə edə bilər:

  • İqtisadi lüğətdə – alış və satış qiymətləri arasındakı fərq sayəsində gəlir əldə etmək deməkdir. Mahiyyət etibarı ilə, istənilən ticarət əməliyyatını spekulyasiya hesab etmək olar. İqtisadi ədəbiyyatlarda tez-tez spekulyasiya və investisiyanı bir-birindən fərqləndirmək cəhdlərinə rast gəlirik
  • Ümum humanitar xarakterli, fəlsəfi, həmçinin ümum elmi ədəbiyyatda və publisistikada – mücərrəd, abstrakt mühakimələr deməkdir.
  • Məcazi mənada isə – hər hansı bir şəraitdən, kiminsə çətinliklərindən öz məqsədlərin və planların naminə istifadə etmək (məsələn siyasi çətinliklər üzərində spekulyasiya etmək)

Spekulyant — nəyisə şəxsi istifadə və istehlak məqsədi ilə deyil, təkrar satış və mənfəət əldə etmək məqsədi ilə alan şəxs.

İnvestisiya (ing. investment) — gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intellektual sərvətlərdən ibarətdir. Bunlara pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar və s. aiddir.

İnvestisiya fəaliyyəti investorların investisiya qoyuluşu və onun həyata keçirilməsi ilə əlaqədar bütün hərəkətlərinin məcmusudur. Maliyyə aktivlərinə investisiya qoyuluşu qiymətli kağızlara və digər maliyyə aktivlərinə (ssudalara, digər müəssisələrin nizamnamə fondlarına və s.) qoyuluşları əks etdirir.

Onlar ölkə və xarici maliyyə aktivlərinə investisiyaları birləşdirir.

İqtisadiyyatda spekulyasiyaya dair nümunələr:

  • Alış və satış qiymətləri arasındakı fərq nəticəsində gəlir (və ya zərər) əldə etmək. Bu zaman spekulyasiya obyektinə dair hər-hansı bir tədbirlərin görülməsi nəzərdə tutulmur. Qiymət fərqləri müxtəlif bazarlarda eyni anda (məkan arbitrajı) və ya eyni bir bazarda müxtəlif zamanlarda (zaman arbitrajı) yarana bilər.
  • Səhm, istiqraz, xammal, valyuta, kolleksiya predmetləri, daşınmaz əmlak, törəmə qiymətli kağızların, həmçinin digər dəyərlərin onların qiymət fərqindən yaranan dəyişiklik sayəsində mənfəət qazanmaq məqsədi ilə alqı-satqısı;
  • Eyni obyektlərin şəxsi, istehsal məqsədləri, həmçinin digər üsullarla gəlir əldə edilməsi (məsələn dividentlər qazanmaq və ya qərarların qəbul edilməsində öz mövqeyini qorumaq mexanizmindən istifadə, insayder maraqları və s), həmçinin qiymət sirklərini hec (hedge) edilməsi, risklərin diversifikasiyası və faiz arbitrajı əməliyyatları məqsədi ilə alınması spekulyasiya hesab edilmir. Amma bunları yalnız ticarətçinin daxili hədəfləri ilə müəyyən etmək olar və əksər hallarda bütün bu sövdələşmələr spekulyasiya hesab olunur.
  • Azad ticarətə hər hansı bir məhdudiyyət qoyulması hallarında (məsələn müharibə, blokada, embarqo, təbii fəlakətlər zamanı) defisit məhsulların qapalı bazarlardan alınması və açıq bazarlarda satışı, həmçinin resursların obyektiv səbəbdən məhdudluğuna görə (idman yarışları, konsertlər, tamaşalar və s.) belə fəaliyyət növləri bəzən inzibati qaydada, bəzən də cinayət məcəlləsi ilə cəzalandırılır, o cümlədən bazar iqtisadiyyatı hökm sürən ölkələrdə, çünki “kölgə iqtisadiyyatının bir hissəsi” hesab olunur

Azərbaycan dilində spekulyasiya möhtəkirlik kimi də ifadə oluna bilər. Möhtəkirlik — əhaliyə lazım olan məhsulların ucuz qiymətə alınıb saxlandıqdan sonra baha qiymətə satılması, eləcə də ərzaq məhsullarını satmayıb bazarda qıtlıq yaratmaq, sonra isə baha qiymətə satmaq.

Son xəbərlər
Oxşar xəbərlər