24 C
Baku
Sunday, May 26, 2024

“Spikerdən gözlənilməz dərs”

Spiker 500 nəfərin iştirak etdiyi seminarın gedişində qəfil olaraq fasilə edir və iştirakçılara qrup tapşırığı verir. O hər bir iştirakçıya bir şar verərək onu dolduraraq içərisinə adları yazan kağız atmalarını xahiş edir. Bundan sonra isə bütün şarlar toplanır və ayrıca bir otağa yığılır. 

Daha sonra seminar iştirakçılarından bu otağa daxil olmaları və 5 dəqiqə ərzində içərisində adları yazan şarı tapmaları tələb olunur. Hər kəs öz şarını tapmağa can atır, bir-birini itərləyir, bir-birindən yapışır və nəhəng xaos yaradırlar.

5 dəqiqə başa çatdıqda heç kəs öz şarını tapa bilməmişdi.

Bu zaman spiker kər kəsdən otağa daxil olmalarını və qarşılarına çıxan şarları öz sahiblərinə vermələrini tələb edir. Cəmi bir neçə dəqiqədən sonra bütün şarlar öz sahiblərinin əllərində idi.

Belə olduqda spiker deyir: “Həyatda da bunun eynisi baş verir. Hər kəsin xoşbəxtliyin əslində harada olduğu haqqında zərrə qədər anlayışa malik olmadıqları halda dayanmadan onu axtarıb tapmağa çalışırlar. Onlara həmin xoşbəxtliyi verin və qarşılığında öz xoşbəxtliyinizi alın. İnsan həyatının əsas məqsədi – xoşbəxtlik axtarışının sirri də məhz bundadır”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər