19 C
Baku
Monday, May 20, 2024

Spirtli içki bazarına yeni rəqib gəlir

Suntory Holdings adlı yapon şirkəti Amerikanın Beam şirkətini almağı təklif edib. Qeyd edək ki, Beam şirkəti Jim Beam və Maker`s Mark adı altında burbon istehsal edir. Spirtli içki istehsal edən şirkətin mətbuat xidmətinə əsasən verilən məlumata görə, yaponlar şirkəti 13,6 milyard dollar olaraq qiymətləndiriblər. Lakin amerikalıların borcu da nəzərə alaraq yekun məbləğ 16 milyard dollar olaraq göstərilmişdir.

Göstərilən məbləğ Beam şirkətinin birjadakı kapitalizasiyasını 25 faiz üstələyir. Məbləğ şirkətin illik gəlirindən 20 dəfə çoxdur. Şirkətin menecerləri artıq müqaviləyə razı olduqlarını bildiriblər. Şirkəti əldə edəcək yapon şirkəti isə öz növbəsində bildirmişdir ki, amerikan şirkətinin menecerlərini dəyişməyi planlaşdırmır.

İki nəhəng şirkətin birləşdirilməsi ilə illik satış həcmi 4,3 milyard dollar olan bir şirkət yaradılacaq. Şirkət Courvoisier konyakı, Sauza tekilası, Bowmore Scotch viskisi və Midori likörü kimi məşhur brendlərə sahib olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər