Azərbaycanda alkoqollu içki istehsalçısı “A+Co” ASC sahibinə 2023-cü ildə 11.728 mln. manat məbləğində dividend ödəyib.
Banker.az xəbər verir ki, “A+Co”nun sıhmlərinin 100%-i Elbrus Nəbiyev Ənvər oğluna məxsusdur, hansı ki, o həm də “Diadem” ASC tikinti şirkətinin səhmlərində 75 faiz payı var.
“A+Co” ASC-nin 2023-cü il üzrə şirkətin xalis mənfəəti 1.9 milyon manat olub ki, bu göstərici 2022-ci ildəki 2 milyon manata nisbətdə 7.6%-lik azalma deməkdir. 2023-cü ildə “A+Co” ASC-nin ümumi gəlirləri 54.4 milyon manat təşkil edib ki, bu da 2022-ci ildəki 31.7 milyon manatla müqayisədə 71%-lik artım deməkdir.
Xatırladaq ki, A+Co ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Xanoğlan Məsim oğlu Qasımovdur.