Sponsorluq yaxşı gəlirlə yanaşı bəzən boş xərc qoyuluşudu

Müxtəlif növ qruplar, təşkilatlar bu və ya digər tədbirləri keçirmək üçün özlərinə sponsor olaraq şirkətləri dəvət edirlər. Hər bir şirkətin də müəyyən bir sponsorluq strategiyası (tanınma, gəlir artımı, rəqabət qalibliyi və müştəri bağlılığı və s) olduğu üçün buna razılıq verirlər. Məsələn, “Coca-cola”nın olimpiya oyunlarına uzun illər sponsorluq etdiyi kimi. Bununla da, şirkətlər böyük pullar xərcləməklə, insanların rəğbətini qazanmağa çalışırlar.

Tədbirlərlə yanaşı, müxtəlif tikililər-tanınmış, prestijli yaşayış binaları, universitetlər və stadionlarda onların adlarının göz önündə olması şirkətlər üçün arzuolunan nəticəyə gətirib çıxarır. Bunlarla bərabər, şirkətlər sosial əhəmiyyətli məsələlərə də vəsait qoymaqla, çoxlu sayda insanın inamını qazanmış olurlar. Məsələn, düzgün qidalanma, fiziki məhdudiyyyətli insanlara yardım, tibbi proflaktika və narkomaniyaya aid bir çox tədbirlərə dəstək olmaqla öz xeyirlərinə inamlı şəkildə xal qazanmış olurlar. Bu da brend barədə məlumatın yayılmasına, müştəri loyallığının və nifuzlarının yüksəlməsinə, satışın çoxalması və mətbuatda rəğbətli fikirlərin yazılmasına gətirib çıxarır. 

Digər bir sponsor vasitəsi isə tanınmış simaların diqqətini çəkərək, onları şirkətlərinə cəlb etmək olur. Bu, brendin etibarlı və qiymətli olduğunu inandırmağa və təlqin etməyə yönəlik bir addımdır. Öz növbəsində müğənni, aktyor və idmançılar da yaxşı gəlir gətirən bu təklifə razılaşırlar.

Sponsorluq yaxşı gəlirlə yanaşı bəzən boş xərc qoyuluşu da ola bilir. Bu, tanınmaya, satışın artımı, səhmlərin yüksəlməsinə səbəb olmursa, deməli borc xərcdir. Xərclənən vəsaitin özünü doğrultması üçün kimə və nəyə sponsorluq etməzdən əvvəl yüz ölçüb, bir biçmək lazımdır. Əksər şirkətlərin sponsor addımları əslində yaxşı götür-qoy edilməmiş və düşünülməmişdir. İnsanda belə bir təsəvvür yaranır ki, onlar sadəcə bir dəfə sponsorluq etmək üçün bu işə girişiblər, sonradan isə bunu ya ənənəyə çeviriblər, ya da başladıqları fəaliyyəti dayandırarkən tənqid olunacaqlarından ehtiyyat ediblər. 

Nəyəsə sponsorluq etməzdən əvvəl bu tədbirin sizin şirkətin bazarına, istehsal etdiyi məhsul tipinə uyğun olub olmadəğını diqqətlə araşdırın. Sponsorluqla nəyə nail olmaq istədiyinizi və məqsədinizi müəyyənləşdirin. Bura qoyduğunuz pullar sizi tanıtmalı, gəlirinizi artırmalı, müştəri loyallığını (sadiqliyini) yüksəltməlidir.  

                                                                                                              ( Filip Kotler)


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.