17 C
Baku
Saturday, May 4, 2024

“Spotify” 1500 işçini ixtisar edir

“Spotify” şirkəti ştatının 17%-ni – 1500 işçini ixtisar etdiyini elan edib. Xidmətin baş direktoru Daniel Ekin sözlərinə görə, ixtisarlara səbəb yavaş iqtisadi artım və yüksək xərclərdir.

Dekabrın 4-də bütün işçilərə işdən çıxarılma barədə məlumat veriləcək və hər biri ilə fərdi görüş keçiriləcək.

İşdən çıxarılan bütün işçilər təxminən beş aylıq işdən çıxma müavinətini və istifadə olunmamış məzuniyyət pulunu alacaqlar. Bundan əlavə, şirkət müavinət müddətində tibbi xidmət haqqını da ödəyəcək.

Bu, şirkətdə il ərzində üçüncü ixtisarıdır. 2023-cü ilin yanvarında “Spotify” işçilərinin 6%-ni – təqribən 600 nəfəri, iyunda isə podkast bölməsində daha 200 əməkdaşını ixtisar etmişdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər