Dünyanın 1 nömrəli “streaming” musiqi xidməti Spotify ictimai şirkətə çevrilib. İnvestorlar onu 29,5 milyard dollara qiymətləndirirlər. Müqayisə üçün, Yandex təxminən iki dəfə daha ucuzdur.
Spotify Nyu-York Fond Birjasına IPO olmadan daxil olub. Səhmlər dərhal, əvvəlcədən təkliflər verilmədən sərbəst satışa çıxarılıb.
Yerləşdirmə ərizəsində Spotify qeyd edib ki, keçən il onun mənfəəti 38%, 4.99 milyard dollara qədər artıb. Təmiz zərər 1,51 milyard dollar təşkil edib.
Spotify ayda 159 milyon insan cəlb edir.