21 C
Baku
Saturday, May 4, 2024

“Spotify” ilin ikinci rübündə 600 000 abunəçisini itirib

Striminq xidməti olan “Spotify” 2022-ci ilin ikinci rübünə dair hesabat yayıb. Bu müddət ərzində o, Rusiyadan olan 600 minə yaxın abunəçini itirib, lakin premium abunəçilərin sayı 2021-ci illə müqayisədə 14% artıb.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Hal-hazırda “Spotify”in 188 milyon premium abunəçisi var. Eyni zamanda xidmətin ayda aktiv istifadəçilərin sayı 433 milyon nəfər təşkil edir ki, bu da 2021-ci illə müqayisədə 19% çoxdur.

Xatırladaq ki, “Spotify” aprelin 7-də Rusiyada fəaliyyətini dayandırdığını elan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər