Aprelin əvvəlində Rusiyada fəaliyyətini dayandırandan sonra “Spotify” 1.5 milyon premium abunəçi itirib. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə platformanın 2022-ci ilin birinci rübü üzrə hesabatında deyilir.
“Rusiyadakı fəaliyyətimizin məhdudlaşdırılması nəticəsində təxminən 1,5 milyon premium istifadəçi itirdik”, – deyə şirkətin açıqlamasında bildirilir. Ümumilikdə, platforma ölkədə 2.1 milyon dinləyici itirdiyini açıqlayıb.
Eyni sənədə görə, “Spotify”in ödənişli abunəçilərinin sayı 15% artaraq 182 milyona, dinləyicilərinin sayı isə 422 milyona çatıb.
Xatırladaq ki, xidmət Rusiyadakı fəaliyyətini aprelin 11-i dayandırıb. Bu, Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olub.