“Spotify” “TikTok” üslublu, şaquli ekranda qısa video formatından ilham alan şirkətlər arasına qatıldı.
Banker.az xəbər verir ki, İsveçdə yerləşən rəqəmsal musiqi və podkast platforması yeni mahnıların tapılmasını asanlaşdıracaq “Kəşf et” bölməsini mobil tətbiqinə əlavə edib. Davamlı olaraq yenilənəcək bu axın bölməsində istifadəçilər ekranı sürüşdürərək milyonlarla musiqi arxivi arasında bəyəndiklərini tapa biləcəklər.
Aylıq 1 milyon istifadəçini keçən “TikTok”un işləmə üslubu rəqib platformalara da təsir göstərib. Yeni funksiya sosial şəbəkə istifadəçisi Chris Messina tərəfindən aşkar edilib. Twitter profilindən etdiyi paylaşımda Spotify mobil tətbiqində naviqasiya panelinə ‘Kəşf et’ bölməsinin əlavə edildiyini deyən Messina, bu epizodu işləyərkən ekran videosunu da yayımladı.
“Kəşf et” düyməsini kliklədiyiniz zaman qarşınıza birbaşa “Spotify” şaquli axın bölməsi çıxır. Burada qısa musiqi videolarını görəcəksiniz. Bundan əlavə “Tik Tok”da olduğu kimi barmağınızla yuxarı sürüşdürərək, videolar arasında keçid edə bilərsiniz. Beləliklə, mahnı kəşf etməyi sevən istifadəçilərin işini asanlaşdıran “Spotify” müğənnilərə də mahnılarını tanıtmaq üçün yeni yol təklif edir.