26 C
Baku
Saturday, July 27, 2024

“Spotify” yüksək keyfiyyətli səs tarifini təqdim edib – “Hi-Fi”

“Spotify” striminq xidməti 2021-ci ildə yüksək keyfiyyətli səs tarifini tətbiq edəcək tətbiq edəcək – “Hi-Fi”.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, “Hi-Fi” funksiyası istifadəçilərə musiqini CD-keyfiyyətində dinləməyə imkan verəcək. Qeyd edək ki, hal-hazırda “Spotify” istifadəçilərə 320 Kbit/s (Ogg Vorbis) təklif edir, CD isə 1411.2 Kbit/s tələb edir.

Şirkət daha yüksək keyfiyyətli səsi artıq sınaqdan keçirib və bu funksiyanı bütün istifadəçilər üçün işə salmağı planlaşdırır. Qeyd edək ki, yeni funksiyanın hansı ölkələrdə aktiv olacağı hələ bəlli deyil.

“Hi-Fi” tarifinin qiyməti haqqında heç bir məlumat yoxdur.

“Spotify” ilə yanaşı, yüksək keyfiyyətli səs xidmətini həmçinin “Amazon Music”, “Tidal” və digərləri təklif edir. “Apple Music”də hələki belə bir funksiya mövcud deyil.

Son xəbərlər
Digər xəbərlər