6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Şpris istehsalı müəssisəsi işçi sayını artırır

Pirallahı Sənaye Parkının rezidenti “Diamed Co” MMC-nin şpris istehsalı müəssisəsi fəliyyətini genişləndirir.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda müəssisədə 2, 5, 10 və 20 qramlıq olmaqla 4 növ şpris istehsal edilir. Zavodda hazırda 60-a yaxın işçi çalışır. Yaxın vaxtlarda zavodun 3 növbəli iş rejiminə keçməsi ilə əlaqədar işçi sayının artırılması nəzərdə tutulur.

Bundan başqa, “Diamed Co” MMC yaxın günlərdə istehsal etdiyi məhsullar sırasına daha 5 çeşid məhsul əlavə etməklə, məhsullarının sayını 9-a çatdıracaq. Yeni məhsullar – insulin şprisləri, 1qramlıq şprislər, müxtəlif ölçülü kəpənəklər, damardaxili kateterlər və sistem setləridir.

Qeyd edək ki, “Diamed Co” MMC 2017-ci ildə Pirallahı Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində tikilmiş zavodda İsveçrə, Almaniya, Yaponiya və qabaqcıl Avropa ölkələrinin texnologiyaları əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir.

Son xəbərlər
Oxşar xəbərlər