-1 C
Baku
Sunday, December 15, 2024

“Sputnik” radiosunun Qarabağda yayımı dayandırılıb

“Sputnik” radiosunun Qarabağda yayımının davam etdirilməsi üçün Azərbaycanın icazəsi lazımdır. Bu barədə “Rossiya seqodnya” mediaqrupunun baş direktoru Dmitri Kiselyov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin məktubuna cavab olaraq bildirib.

Məktubda qeyd olunur ki, “Sputnik” radiosunun Qarabağda yayımının dayandırılması Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci ilin sərhədlərində qeyd etməyə hazır olması barədə bəyanatı ilə bağlıdır.

D.Kiselyov vurğulayıb ki, söhbət radio yayımının tam deyil, müvəqqəti dayandırılmasından gedir. “Rəsmi Bakıdan yayımı davam etdirmək üçün bütün aktual hüquqi normalara uyğun icazə alınarsa, regionda yayımı davam etməyə hazırıq”, – deyə D.Kiselyov əlavə edib.

Son xəbərlər
Digər xəbərlər