Koronavirusa qarşı “Sputnik V” peyvəndinin yaradıcılarından biri Andrey Botikov Moskvada öldürülüb.
Alim evində ölü tapılıb.
Məlum olub ki, Botikovu onun yanına gələn qonaq boğaraq öldürüb.
Qeyd edək ki, Botikov COVID-19 əleyhinə peyvənd üçün patentin həmmüəllifidir. O, dərman preparatını yaratdığına görə Rusiya Prezidenti Vladimir Putindən mükafat alan alimlərin arasında olub.