“Twitter”in baş direktoru Cek Dorsinin rəhbərlik etdiyi “Square” ödəniş platforması 297 milyon dollara repçi Jay-Z-ə məxsus olan “Tidal” striminq xidmətini alır.
Banker.az bu barədə xarici KİV-ə idtinadən xəbər verir.
Cek Dorsi “Twitter”də maliyyə xidmətləri şirkətinin musiqi xidməti birləşməsini belə izah edib: “Square satıcılara pul qazanmaq üçün yeni alətlər verdiyi kimi, Tidal-dakı pay da sənətkarlara pul qazanmağın yollarını tapmağa kömək edəcək”.
Xatırladaq ki, mümkün müqavilə barədə 2020-ci ilin dekabrında “Bloomberg” yazmışdır. Nəşriyyata görə, Dorsi “Square” ödəniş sistemini “Disney” kimi bir holdinqə çevirmək istəyir.
“Tidal” – 2014-cü ildə qurulan internet-xidmətidir. 2015-ci ildə repçi Jay-Z tərəfindən 56 milyon dollara alınıb.
2016-cı ildə bu platformanın 3 milyondan çox istifadəçisi olub. Hal-hazırda xidmət dünyanın 53 ölkəsində işləyir və abunəçilərinə 70 milyondan çox mahnı təklif edir.
2019-cu ilin iyulunda “Square” peşəkar fotoçəkiliş xidmətini işə salıb, sistemin əsas məhsulları isə “Square Seller” və “Cash App” olub – onlar müstəqil şirkətlər kimi çalışır.