10 C
Baku
Bazar, Dekabr 5, 2021

“Squid game” əsasında yaradılan kriptovalyuta 99.99% ucuzlaşıb

“Squid game” serialı əsasında yaradılan kriptovalyuta noyabrın 1-də demək olar ki, sıfıra enib. Xatırladaq ki, daha əvvəl rəqəmsal valyutanın dəyəri 2 857 dollar olub.

Banker.az xəbər verir ki, bu, ən böyük birjalarda kriptovalyuta ticarətini izləyən “CoinMarketCap” portalının məlumatlarından irəli gəlir.

Bildirildiyi kimi, Bakı vaxtı ilə saat 23:27-də “Squid Game”ın qiyməti 99.99% azalaraq 0.003574 ABŞ dollarına düşüb. Xatırladaq ki, oktyabrın 29-da token 230% bahalaşaraq 5.11 dollara çatıb.

Cənubi Koreya serialı “Squid Game” ilk dəfə “Netflix”də sentyabrın 17-də yayımlanıb və cəmi bir həftə sonra baxış sayına görə birinci olub. Serial əsasında oktyabrın 20-də SQUID tokeni yaradılıb. Serialın populyarlığı eyni adlı saxta tətbiq və proqramların ortaya çıxmasına gətirib çıxarıb.

Son xəbərlər
Oxşar xəbərlər
X