2 C
Baku
Saturday, December 14, 2024

“Squid game” serialı öz kriptovalyutasını buraxıb – Son sutkada 25 dəfə bahalaşıb

Cənubi Koreyanın məşhur “Kalmar oyunu” (“Squid game”) serialı süjetdəki yarışların bütün dövrlərini əks etdirən kriptovalyuta buraxıb.

Banker.az xəbər verir ki, onlayn-turnir 2021-ci ilin noyabrında baş tutacaq. Yeni rəqəmsal sikkə “Squid” (“Kalmar”) adlandırılıb. Son sutka ərzində kriptovalyutanın qiyməti demək olar ki, 25 dəfə artıb.

Oktyabrın 28-i günortadan sonra (Nyu-York vaxtı ilə) token 2.22 ABŞ dollarına yüksəlib. Son sutkada kriptovalyuta 2400% bahalaşıb və “Squid”in kapitallaşması 174 milyon dollara çatıb. Qeyd edək, yeni kriptovalyutanı satmaq hələki mümkün deyil.

“CoinMarketCap”a görə, dempinqin qarşısını almaq üçün “Pancakeswap” mərkəzləşdirilməmiş birjasında “Squid” satışı bağlanıb. “Kalmarlar” ölümcül turnirdən bəhs edən serialda olduğu kimi, eksklüziv sikkə kimi istifadə olunacaq. Əsas fərq – kriptovalyuta oyununda iştirakçı sayının və mükafatların ölçüsünün məhdud olmasıdır.

Bəzi raundlarda oyunçular NFT almalı olacaqlar. Onlardan bir hissəsi “Kalmar oyunu”ndakı personajları təsvir edir. Filan turnirdə iştirak etmək üçün 15 min token və ya 33 450 ABŞ dolları ödəməli olacaqlar. Hər tur üçün giriş haqları tərtibatçılar (10%) və mükafat fondu (90%) arasında bölünəcək.

Cənubi Koreyanın “Kalmar oyunu” serialının direktoru Hvanq Donq Hyuk layihənin yaradılmasına görə “Netflix”dən heç bir əlavə bonus almayıb. Direktora sadəcə əməkhaqqı ödənilib. O, bunu ədalətsizlik hesab edir.

Son xəbərlər
Digər xəbərlər