Şri-Lanka hökuməti prezident Qotabaya Racapaksanın ölkəni tərk etməsindən sonra fövqəladə vəziyyət elan edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Xatırladaq ki, ötən gün Şri-Lanka Prezidenti Qotabaya Racapaksa istefa sənədini imzalayıb.
Bildirilib ki, prezidentin istefa ərizəsini parlamentin sədri Mahinda Yapa Abeyvardenə təqdim edilib və o, bu istefanı iyulun 13-də xalqa açıqlayacaq.
Şri-Lankanın Baş naziri Ranil Vikramasinqhe ölkənin qərbində komendant saatının tətbiq edildiyini elan edib.