9 C
Baku
Friday, December 13, 2024

Şri-Lanka “Mir”i tətbiq etməkdən imtina edib

Şri-Lanka hökuməti mümkün sanksiyalara görə Rusiyanın “Mir” ödəniş sisteminin kartlarını qəbul etmək üçün öz infrastrukturundan istifadə etməyəcək. Bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb. Şri-Lankanın nəqliyyat naziri Bandula Qunavardana sentyabrın 17-də bildirib ki, onun ölkəsində “Mir” kartlarından istifadə müzakirə olunur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Sentyabrın 15-də ABŞ Xəzinədarlığı Rusiyanın ödəniş sisteminə dəstək verdiyinə görə sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib. Eyni zamanda, ABŞ ödəniş sisteminin işini heç bir şəkildə məhdudlaşdırmayıb.

Sentyabrın 19-da isə Türkiyənin ən böyük bankları olan “Is Bankasi”, “DenizBank” və “Ziraat bank” bu kartların xidmətini dayandırıb. Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə birlikdə “Mir” sisteminə alternativin hazırlanması barədə göstəriş verib.

Son xəbərlər
Digər xəbərlər