Şri-Lanka bu yaxınlarda defolt keçirəndən sonra Rusiyadan neft almağa başladığını açıqlayıb, Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir. Müflis olmuş ölkə fəlakətli defisit ilə üzləşib.
Rusiya istehsalı olan “Siberian Light” nefti Şri-Lankanın Sapuqaskan kəndində yerləşən “Ceylon Petrolium Corp.” zavodunda emal olunacaq. Ölkənin yeganə neft emalı zavodu Rusiya neftini mayın 28-də alacaq.
ABŞ və Avropadakı əksər neft emalı zavodları Rusiyadan alışı dayandırıb və bu, Rusiya neftinin qiymətinin kəskin düşməsinə səbəb olub. Çin və Hindistanda Asiya müştərilərindən alışlar artıb.
Şri-Lanka hökumətin xarici valyutası tükəndikdən sonra aprelin ortalarında 51 milyard dollarlıq xarici borcunu ödəyə bilməyib və defolt elan edib.