Şri-Lanka yeddi ölkənin vətəndaşlarına pulsuz vizalar verməyə başladığını elan edib. Bu barədə bu ada dövlətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əli Səbri məlumat verib.
“Nazirlər Kabineti martın 31-dək pilot layihə kimi dərhal qüvvəyə minməklə Hindistan, Çin, Rusiya, Malayziya, Yaponiya, İndoneziya və Tailand üçün pulsuz vizaların verilməsini təsdiqləyib”, – mesajda deyilir.
Xatırladaq ki, ötən həftə Şri-Lanka Turizm Nazirliyi adaya turist kimi aktiv səfər edən əcnəbilərə pulsuz turist vizalarının verilməsi ilə bağlı sənədin Nazirlər Kabinetinin iclasında təqdim edildiyini açıqlamışdı.