Şri-Lankanın baş naziri, prezident səlahiyyətlərini icra edən Ranil Vikramasinqe ölkədə fövqəladə vəziyyət elan edib. Şri-Lankanın “Daily Mirror” qəzeti yazır ki, qərar “ictimai təhlükəsizlik, ictimai asayişin qorunması və cəmiyyətin həyatı üçün zəruri olan təchizat və xidmətlərin saxlanması” maraqları çərçivəsində qəbul edilib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Yazdan bəri ada ştatında hazırkı hakimiyyətin istefası tələbi ilə kütləvi etirazlar davam edir, vəziyyət iyulun əvvəlində, nümayişçilərin dövlət başçısının və baş nazirin iqamətgahlarını ələ keçirməsi ilə gərginləşib.