12 C
Baku
Monday, November 25, 2024

Şri-Lankada yanacaq qurtarıb

Şri-Lanka hakimiyyətinin ölkəyə yanacaq məhsullarının gətirilməsi üçün vəsaiti tükənib.

Banker.az xəbər verir ki, bu barədə Şri-Lankanın energetika naziri Kançana Viesekera ölkə parlamentində çıxışında deyib. Onun sözlərinə görə, ölkədəki az miqdarda yanacaq ehtiyatı yalnız təcili xidmətlər üçün açıqdır.

Baş nazir hələ aprel ayının 28-dən Kolombo limanına yanacaq gətirildiyini, lakin onun pulunu ödəmək üçün hökumətin vəsaitinin olmadığını bildirib. O, əhalini növbələrdə durmamağa çağırıb və yaxın bir neçə gündə yanacaq olmayacağını deyib.

Qeyd edək ki, Şri-Lanka 1948-ci ildə müstəqillik əldə etdikdən bəri ən böyük iqtisadi böhran yaşayır. Koronavirus pandemiyasının turizm sektoruna vurduğu zərbə böhranın daha da dərinləşməsinə səbəb olub ki, bu da valyuta ehtiyatlarının tükənməsi ilə nəticələnib. Ölkənin hakimiyyət orqanları resurslara ciddi qənaət etməyə və idxalı azaltmağa məcbur olub. Eyni zamanda, 51 milyard dollara çatan dövlət borcu iqtisadi böhranla mübarizəni daha da çətinləşdirir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər