9 C
Baku
Thursday, December 12, 2024

Şri-Lankanın baş naziri prezident vəzifələrinin icrasına başlayıb

Şri-Lankanın baş naziri Ranil Vikramasinghe ölkə prezidenti vəzifələrinin icrasına başlayıb.

Baş nazirin parlamentdə andiçməsi keçirilib.

Qeyd edək ki, Şri-Lankanın prezidenti Qotabaya Racapaksa bir neçə gün əvvəl ölkədə davam etdən iğtişaşlarla əlaqədar ölkəni tərk etmiş və istefa ərizəsini parlamentin spikerinə təqdim etmişdi.

Eyni zamanda, baş nazir R.Vikramasinghe prezident vəzifələrinin icraçısı təyin olunmuşdu.

Parlament spikeri Mahinda Yapa Abeivardena ölkədə yeni prezidentin yaxın bir həftə ərzində parlament seçiləcəyini elan edib.

Şri-Lankada sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir.

Hazırda Şri-Lankanın xarici borcları 51 milyard dollara çatıb. Bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan etmişdi.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər