“Space” TV-yə yeni baş direktor təyin edildi

“Space” televiziyasına yeni baş direktor təyin edilib.

“Space” televiziyasının təsisçisinin qərarı ilə baş direktor vəzifəsinə Ayaz Mustafayev gətirilib. Ayaz Mustafayev bir az əvvəl televiziyanın rəhbər şəxsləri və redaksiya kollektivi ilə iclas keçirib. Müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, “Space” TV-nin əvvəlki baş direktoru Vado Korovin istefa verərək vəzifəsindən ayrılıb.

Ayaz Mustafayev əmək fəaliyyətinə 2009-cu ildə Xarici İşlər Nazirliyində (XİN) başlayıb.

O, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində müxtəlif vəzifələrdə, daha sonra İTV və AzTV-nin London bürosunda çalışıb. Bu müddət ərzində mətbuat və media sahəsində geniş beynəlxalq təcrübə qazanıb.

Son illərdə özəl sektorda və Təhsil Tələbə Krediti Fondunda rəhbər vəzifələrdə fəaliyyət göstərib.

Mənbəmanset.az
Son xəbərlər
Digər xəbərlər