8 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

SSRİ 2.0 yoxsa TURAN 2.0? – Milli Məclisin deputatı

1991-ci il SSRİ dağıldıqdan sonra dünya bir müddət bir qütblü oldu. Bu qütbün mərkəzi isə ABŞ idi. Amma vaxt keçdikcə dünyanın bir qütbdən idarə olunmasının mümkünsüzlüyü ortaya çıxdı və artıq hər kəs dünyanın çoxqütblü idarə olunması reallığını qəbul etməyə başladırlar, baxmayaraq ki, bu yol münaqişələrdən, müharibələrdən, pandemiyalardan keçməkdədir.

Artıq dünyanın 3 qütbü demək olar ki, müəyyənləşibdir. ABŞ, ÇİN, Avropa Birliyi.

Banker.az xəbər verir ki, bu bardə Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bunu bildirib.

T.Mirkişili bildirir ki, 4-cü qütbə isə 2 namizəd var: Rusiya (+slavyanlar) və Türkiyə (+türk dünyası). Deputat bildirib ki, lakin hər iki namizədin 4-cü qütb olması üçün üstünlük və çatışmazlıqları var.

Depuatat bu qütbün üstünlüyünü hər ikisinin 2-ci və 3-cü qütb arasında yerləşməsi, lazımı əhali və dilə sahib olması, zəngin təbii resurslar,hərbi imkanlarının yüksək olmasını göstərir.

“Çatışmazlıqlar isə: güclü iqtisadiyyatın, lazımı texnologiyaların çatışmazlığı, xarici iqtisadi və siyasi müdaxilələrə həssas olmaları və s.

Yəni, bu artıq faktdır ki, nə SSRİ 2.0, nə də TURAN 2.0 dünyanı idarə edəcək 4-cü qütb olmaq imkanlarını nəzəri olaraq sahib deyillər.

Amma, əgər hər iki namizəd, yəni Türk Dünyası və Rusiya (müttəfiqləri) bir iqtisadi məkan altında birləşərsə onda bu gücün 4-cü qütb olma imkanları çox yüksələ bilər. Adını nə qoysaq belə, bizim üçün Turan 2.0, ruslar üçün SSRİ 2.0 – doğru, strateji, hər kəsin milli maraqlarına xidmət edən ittifaqın qurulması zamanı bu regionda yaşayan bütün xalqlar yalnız uduş əldə edə, dünyanı idarə etmək kimi tarixi şansı əldə edə bilərlər” – deyə, Milli Məclisin deputatı T.Mirkiili bildirir.

tahir mirkişili

O, bildirir ki, Azərbaycan artıq qalib dövlətdir, Beynəlxalq təşkilatlara rəhbərlik edir. Dünyada söz sahibi olmaq üçün türk dünyasının slavyanlara, slavyanların da türk dünyasına ehtiyacı var.

“İmperiya ambisiyaları, böyük-kiçik dövlət yanaşmaları olmadan. Diplomatiya və milli maraqlar romantizm serməzlər. Tarixin müxtəlif mərhələlərində yalnız düzgün qərar verən dövlətlər və xalqlar inkişaf edib gücləniblər”– deyə, T.Mirkişi əlavə edir.

Son xəbərlər
Oxşar xəbərlər