9 C
Baku
Thursday, December 12, 2024

SSRİ dövründə qiymətlər

Bu məqalədə SSRİ-də 1961-ci il islahatından sonra mövcud olan qiymətlərdən danışılacaq.

Bir rubl:

— yeməkxanada mükəmməl bir nahar;
—avtostop ilə 100 km-lik gediş (1km=1qəpik);
— 33 stəkan limonadlı meyvə şirəsi;
— avtomat-telefondan 50 zəng;
— 100 kibrit qutusu;
— 5 stəkan “Plombir” və ya 10 südlü dondurma;
— trolleybus və ya metroda 20 gediş;
— 4 ağ çörək kömbəsi (900-1000 qram);
— 5 litr süd;
— gündüz seansı üçün 20 bilet;
— 2 butulka pivə (hələ xırda da qaytaracaqlar)
— 8 paçka aşağı keyfiyyətli siqaret (Pamir);
— yayın sonlarında bazarda 6 kq qarpız və ya 3 kq yemiş almaq olardı;
— kişi bərbəri və ya hamama 5 dəfə getmək imkanı;

Üç rubl:

— zavod və ya məktəb yeməkxanasında 5-6 nəfərlik nahar;
— restoranda bir nəfərlik nahar;
— yaxşı bir kitab;
— yerli istehsal olan gəlincik və digər oyuncaqlar;
— normal keyfiyyətli bir butulka çaxır (“Krım”);
— bir paçka xarici siqaret;
— bir uşağın cibində olarkən digərlərinin həsədinə səbəb ola biləcək məbləğ.

Beş rubl:

— bazarda bir kiloqram can əti və ya mağazada 2 kilo ət;
— bir butulka araq;
— bir ailənin aylıq mənzil kirayəsi;
— əla bir taksidə gediş;
— yaxşı keyfiyyətli bir kiloqram konfet.

On rubl:

— müxtəlif məişət xidmətlərinin universal qiyməti;
— böyük bahalı kooperativ kolbasa;
— yazı maşını və ya bilyard tipli bahalı texniki və stolüstü oyuncaq.

İyirmi beş rubl:

— yerli aviaxəttlər üzrə təyyarə bileti (məsələn, Leninqrad – Moskva: 18 rubl);
— restoranlarda əməlli başlı içki məclisi;

Əlli rubl:

— yeniyetmələr üçün velosiped;
— kiçik təqaüd;
— zərbəçi tələbənin təqaüdü;
— Elbrus ətrafına 2 həftəlik həmkarlar ittifaqı bileti – 30 rubl

Yüz rubl:

— ali təhsilli kasıb mühəndisin aylıq əməkhaqqısı (daha doğrusu 120 rubl maaş);
— yaxşı təqaüd.

Əyanilik üçün bir neçə əməkhaqqı nümunələri:

1) dosent (elmi dərəcə ilə) – 320 rubl.
2) leytenant – 230 rubl.
3) hakim – 210 rubl.
4) əməkdar müəllim (elmi dərəcəsi olmayan) – 170 rubl.
5) trolleybus sürücüsü – 140 rubl.
6) müəllim – 132 rubl.
7) bank mühasibi – 120 rubl.

Son xəbərlər
Digər xəbərlər