-1 C
Baku
Friday, February 21, 2025

Stadion “Sabah” klubuna veriləndən sonra ona yaxın 9 mln. manatlıq şirkət yaradıldı

Bakıda “Sabah” futbol klubuna yaxın yeni şirkət təsis edilib və beləliklə stadionun bu klubun nəzarətinə keçdiyi məlum oldu.

Banker.az xəbər verir ki, bu, “Sabah Arena” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Şirkət Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən stadionda qeydiyyata alınıb. Stadion 8.76 milyon manat nizamnamə kapitalına sahib olub. Arenanın direktoru Ramin Həsənov Həsənəli oğlu təyin edilib.

Adıçəkilən Lev Starçuk, ev 19D ünvanında yerləşən bu stadion indiyə qədər “AZAL Arena”na kimi tanınırdı.

“Sabah” FK Azərbaycan Premyer Liqasında çıxış edən futbol klubudur və klub ev oyunlarını Masazırdakı “Bank Respublika” arenada keçirir. Bununla belə, yerli KİV-də yayılan məlumatda futbol klubunun bəzi məşq və toplantıları bu stadionda baş tutacaq.

“AZAL Arena” 2011-ci ildə AZAL Futbol Klubunun (sonra: Şüvəlan FK) balansında olub. 3 500 azarkeş tutumuna malik olan stadion vaxtı ilə iki ulduz statusuna sahiblənib. Bildirilir ki, “Sabah” bu məqsədlə stadionda ciddi yeniliklər edib. Süni qazon təbii ot örtüyü ilə əvəz edilib. Paltardəyişmə otaqları təmir olunub, digər çatışmazlıqlar aradan qaldırılıb.

“Sabah” 2017-ci ildə təsis edilib və klubunun təsisçisi “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynovdur. “Sabah”ın prezidenti Maqsud Adıgözəlovdur.

Son xəbərlər
Digər xəbərlər